
Bakı "İnter"i "Rəvan"la yoldaşlıq matçı keçirib. Sportnet.az-ın məlumatına görə, "İnter Arena"da baş tutan qarşılaşma "Rəvan"ın xeyrinə başa çatıb - 2:1.
Meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze hər iki hissədə meydana qarışıq heyət çıxarıb.
Qeyd edək ki, "İnter" Avropa Liqasının III təsnifat mərhələsində İspaniyanın "Atletik" komandası ilə qarşılaşacaq. İlk oyun Bilbaodakı "San Mames" stadionunda iyulun 30-da baş tutacaq. "İnter" İspaniyaya iyulun 28-də yola düşməyi planlaşdırır.















































































