Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasında Finlandiyanın "KuPS Kuopio" və Polşanın "Lex Poznan" komandaları arasındakı pley-off mərhələsinin cavab görüşünü idarə edib.
Sportnet.az-ın məlumatına görə, Tampere şəhərindəki "Tammelan" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 9-cu dəqiqədə Antoni Kojubal açıb. 12-ci dəqiqədə yerli komandadan Joslin Luyeye-Lutumba birbaşa qrımızı vərəqə ilə meydandan kənarlaşdırıb. Azlıqda qalan Finlandiya təmsilçisi daha bir qol vurub. Bu dəfə 41-ci dəqiqədə Tofiq İsmail yekun nəticəni müəyyənləşdirib.
88-ci dəqiqədə Ağayev hər iki komandanın bir futbolçusuna sarı vərəqə göstərib.
Cavab görüşü fevralın 26-da olacaq.



































































