"Birinci hissədə oyunumuz pis alınmadı. Əvəzetmələrdən sonra təşəbbüsü bir qədər əldən verdik. Sevinirik ki, qələbə qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev evdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXı tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssis turnir cədvəlinə fikir vermədiklərini bildirib: "Oyundan-oyuna növbəti matçı düşünürük. Buna köklənirik".








































































