Səudiyyə Ərəbistanı Pro Liqasında X turdan təxirə salınmış oyunda "Əl-Nacma" və "Əl-Nasr" komandaları üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, Ciddə şəhərindəki "Kral Əbdulla" stadionunda keçirilmiş görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Hesabı qonaq komandanın hücumçusu Kriştianu Ronaldu açıb. Portuqaliyalı oyunçu 7-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. 31-ci dəqiqədə vinger Kinqsli Koman "Əl-Nasr"in üstünlüyünü artırıb.
İlk hissənin sonunda müdafiəçi İnyiqo Martinez 3-cü qolu vurub. 52-ci dəqiqədə Sadio Mane Ronaldunun ötürməsini qola çevirib. 80-ci dəqiqədə isə İnyiqo Martinez özünün 2-ci, komandasının son qolunun müəllifi olub.
Qeyd edək ki, Kriştianu Ronaldu karyerasında 965-ci qolunu vurub.
Bu qələbə ilə "Əl-Nasr" 23 oyundan 58 xalla turnir cədvəlinin lideri olub. "Əl-Nacma" isə 8 xalla 18-ci, sonuncu pillədə qalıb.












































































