AFFA U-13 Liqasında çıxış edən "İmişli"nin "Şərq" (Hacıqabul) ilə oyuna başqa komandalara məxsus və nömrəsi olmayan formalarla gəlməsinin səbəbi bəlli olub.
Klubun mətbuat katibi Leyla Behbudlu Sportnet.az-a açıqlamasında bunu təşkilati baxımdan zaman məhdudiyyətinin yaranması ilə əlaqələndirib.
Onun sözlərinə görə, komandanın formaları klubun bazasında - İmişli şəhərində yerləşdiyi halda, oyun Saatlıda keçirildiyindən məsafə və vaxt sıxlığı yaşayıb. Nəticədə klubun inzibatçısı formaları oyun məkanına vaxtında çatdıra bilməyib.
Behbudlu bildirib ki, yaranmış vəziyyət sırf texniki və logistika xarakterli olub, hər hansı qaydanı bilərəkdən pozmaq niyyəti daşımayıb: "Klub tərəfindən gələcəkdə bu kimi halların təkrarlanmaması üçün təşkilati planlamanın daha da təkmilləşdirilməsi istiqamətində müvafiq addımların atılması nəzərdə tutulur".
Qeyd edək ki, formasındakı uyğunsuzluqlara baxmayaraq, "İmişli"nin oyunu baş tutub və komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. AFFA İntizam Komitəsi kluba bu halın növbəti dəfə təkrarlanacağı halda, yarışdan kənarlaşdırılacağına dair xəbərdarlıq edib. Eyni zamanda, "İmişli" 500 manat məbləğində cərimələyib.
Sportnet.az-ın məlumatına görə, buna klubun AFFA U-13 Liqasında çıxış edən kollektivinin "Şərq" (Hacıqabul) ilə oyunda meydançaya başqa komandaların formaları və nömrəsi olmayan formalar ilə gəlməsi səbəb olub.
Kluba xəbərdarlıq edilib ki, bu hal növbəti dəfə təkrarlanacağı halda, yarışdan kənarlaşdırılacaq.
Qeyd edək ki, "İmişli"nin formalarındakı qüsurlara baxmayaraq, baş hakim oyunun keçirilməsinə razılıq verib. Saatlı Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunmuş görüş Hacıqabul komandasının qələbəsi ilə yekunlaşıb - 2:0.










































































