UEFA Çempionlar Liqasında pley-off mərhələsinin rəmzi komandası açıqlanıb.
Sportnet.az xəbər verir ki, "11-liy"ə Türkiyə "Qalatasaray"ının hücumçusu Viktor Osimhen də düşüb. Həftənin oyunçusu isə Aleksander Sörlot seçilib.
Qapıçı: Yan Oblak (“Atletiko Madrid”, İspaniya)
Müdafiəçilər: Davide Zappakosta (“Atalanta”, İtaliya), Odin Byortuft (“Budö Qlimt”, Norveç), Edmon Tapsoba (“Bayer Leverkuzen”, Almaniya), Ueston Makkenni (“Yuventus”, İtaliya)
Yarımmüdafiəçilər: Orelyen Tçuameni (“Real Madrid”, İspaniya), Sandro Tonali (“Nyukasl”, İngiltərə)
Hücumçular: Xviça Kvaratsxeliya (PSJ, Fransa), Yens Petter Höuqe (“Budö Qlimt”, Norveç), Viktor Osimhen ("Qalatasaray", Türkiyə), Aleksander Sörlot (“Atletiko Madrid”, İspaniya)
Qeyd edək ki, 2025/2026 mövsümünün final görüşü Macarıstanın paytaxtı Budapeştdəki “Pușkaş Arena”da keçiriləcək. Həlledici qarşılaşma 30 may 2026-cı il tarixində baş tutacaq.












































































