ABŞ-nin “İnter Mayami” komandasının və Argentina millisinin futbolçusu Lionel Messi yoldaşlıq görüşü zamanı gözlənilməz insidentlə üzləşib.
Sportnet.az xəbər verir ki, hadisə Ekvadorun "İndependyente del Valle" komandasına qarşı matçın son dəqiqələrində baş verib.
Oyunun bitməsinə yaxın argentinalı futbolçunun ətrafına bir neçə azarkeş toplaşıb. Onlardan biri meydançaya qaçaraq Messiyə yaxınlaşıb və onu qucaqlamağa çalışıb.
Azarkeşi uzaqlaşdırmaq istəyən mühafizəçi müdaxilə etsə də, yaranan qarışıqlıq zamanı Messi, fanat və təhlükəsizlik əməkdaşı birlikdə ot örtüyünün üzərinə yıxılıblar.
Qeyd edək ki, Lionel Messinin 38 yaşı var. O, 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı hücumçunun klubla müqaviləsi 2028-ci il dekabrın sonunadək qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, təcrübəli futbolçunun bazar dəyəri 15 milyon avrodur.












































































