AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov beynəlxalq təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Cəfərov qadınlar arasında dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyununda iş başında olacaq.
O, C Liqasında 5-ci qrupun Kosovo - Cəbəllütariq matçında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Martın 1-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı "Qrbavitsa" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxti ilə saat 20:00-da başlanacaq.
Görüşü moldovalı Oksana Krukun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın UEFA nümayəndəsi kimi irlandiyalı Hilda MakDermot çalışacaq.
















































































