"Əl-Nəsr" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu ailəsini də götürərək, şəxsi təyyarə ilə Səudiyyə Ərəbistanını təcili tərk edib.
Sportnet.az "The Sun"a istinadən xəbər verir ki, 41 yaşlı hücumçunun təyyarəsi "Flightradar"da qeydə alınıb.
Onlar İspaniyanın paytaxtı Madridə eniş ediblər.
Ronaldu Ər-Riyad şəhərində xanımı Corcina Rodriges və 5 uşağı ilə birlikdə yaşayır. Ötən həftənin sonlarında şəhər dron zərbələrinə məruz qalıb. Bu, Yaxın Şərqdəki geosiyasi vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Hücumların davam etməsi məşhur futbolçunu ölkəni tərk etmə qərarı verməsinə səbəb ola bilər.
Qeyd edək ki, Kriştianu Ronaldu "Əl-Nəsr"in heyətində bu mövsüm bütün turnirlərdə 22 oyunda 20 qol vurub. Fevralda o, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun idarəetməsindən narazılıq edərək, klubun matçlarını boykot edib. Sonradan Ronaldu komandanın heyətinə qayıdıb.















































































