İspaniya "Real Madrid"inin futbolçusu Rodriqo Qoes sıradan çıxıb.
Sportnet.az klubun rəsmi saytına istinadən məlumatına görə, 25 yaşlı cinah yarımmüdafiəçisinin sağ dizin ön çarpaz bağlarının qopması və lateral meniskin cırılması aşkarlanıb.
İspaniyanın “Marca” nəşri daha əvvəl yaydığı məlumatda 25 yaşlı vingerin mövsümün qalan hissəsini və 2026-cı il dünya çempionatını buraxacağını qeyd edib.
Braziliyalı futbolçu La Liqanın XXVI turunda “Xetafe”yə 0:1 hesabı ilə uduzduqları görüş zamanı zədələnib. Meydançaya 55-ci dəqiqədə çıxan Rodriqo zədəyə baxmayaraq oyunu davam etdirə bilib.
Qeyd edək ki, Rodriqonun 10 ayadək oynayamayacağı bildirilir. Bu isə Braziliya yığmasının futbolçusunun 2026-cı il dünya çempionatını buraxacağı deməkdir.















































































