Fransanın PSJ klubunun gənc qapıçısı Bilal Laurendon karyerasını Azərbaycanda davam etdirəcək.
Sportnet.az “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı fransız-mərakeşli qolkiper yayda "Sabah" komandasına transfer olunacaq.
Onun 30 iyun 2026-cı ildə başa çatacaq aspirant (peşəkarlığa keçid mərhələsi) müqaviləsini yenilənməyəcəyi gözlənilir.
Hazırda 22 turdan sonra Azərbaycan çempionatının lideri olan Masazır təmsilçisinin oyunçunun agenti ilə sıx əlaqələrinin olduğu vurğulanır. Həmin menecer daha əvvəl də “Sabah”a bir neçə fransalı oyunçu gətirib. Onların arasında Aaron Maluda da var.
Lorendon indiyədək PSJ-nin əsas komandasında debüt etməyib. Bununla belə, o, 2023-cü ilin dekabrında “Nant”la oyunun sifariş ərizəsində yer alıb. Bu mövsüm isə PSJ-nin ehtiyat komandasında Premyer Liqa Beynəlxalq Kubokunda ehtiyat qapıçı qismində iştirak edib. “Nottingem Forest”ə qarşı yanvar matçında ehtiyatda olsa da, meydanda 2008-ci il təvəllüdlü Artur Vino çıxış edib.
PSJ-də qapıçı mövqeyində yayda ciddi dəyişikliklərin olacağı gözlənilir. Ötən yay 40 milyon avrodan çox məbləğə transfer edilən Lukas Şevalye əsas heyətdə yerini itirib. Fransalı qolkiper dekabrda rusiyalı Matvey Safonova uduzub və onun vəziyyəti dəyişməsi çətin görünür.
PSJ-nin qapıçılarının müqavilə müddətləri belədir:
Lukas Şevalye – 30 iyun 2030
Renato Marin – 30 iyun 2030
Matvey Safonov – 30 iyun 2029
Martin Ceyms – 30 iyun 2026
Artur Viqno – 30 iyun 2026
Brayan Fransilyon – 30 iyun 2026
Bilal Laurendon – 30 iyun 2026













































































