Portuqaliyalı mütəxəssis Leonardo Jardim Braziliya çempionatında yeni iş tapıb. O, “Flamenqo”nun baş məşqçisi təyin olunub.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər müddəti 2027-ci ilin dekabrının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar. 51 yaşlı çalışdırıcı artıq Braziliya təmsilçisində vəzifəsinin icrasına başlayıb.
“Flamenqo”da bu həftə baş məşqçi Felipe Luisin istefası açıqlanmışdı. O, komandanın “Madureyra” üzərində 8:0 hesablı qələbəsindən sonra vəzifəsini tərk edib.
Jardim daha əvvəl “Monako”ya rəhbərlik edib və burada uğurlu nəticələri ilə tanınıb.








































































