Azərbaycan Premyer Liqasının XXIII turunda keçiriləcək ilk 3 qarşılaşmaya təyinatlar açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, martın 7-də "Karvan-Yevlax" və "Sumqayıt" arasında keçiriləcək turun açılış oyununa Əli Əliyev baş hakim təyin olunub.
Son turların "Sabah"ın iştirakı ilə keçirilmiş ayrı-ayrı oyunlarında qalmaqallı qərarları ilə diqqət çəkən hazırkı və sabiq FIFA referiləri Tural Qurbanovla Rauf Cabarov bu dəfə VAR hakimi funksiyasını yerinə yetirəcəklər.
Qurbanov "Şamaxı" - "İmişli", Cabarov "Qarabağ" - "Araz-Naxçıvan" matçında iş başında olacaqlar. Baş hakim işini isə müvafiq olaraq, Vüqar Həsənli və Rəşad Əhmədov yerinə yetirəcək.
7 mart
15:00. “Karvan-Yevlax” – “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Fərid Hacıyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax şəhər stadionu
8 mart
15:00. “Şamaxı” – “İmişli”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Həşimov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı şəhər stadionu
19:15. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimovs
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, "Zirə" - "Kəpəz", "Neftçi" - "Turan Tovuz" və "Sabah" - "Qəbələ" matçlarının təyinatları hələlik bəlli deyil.