Argentina və İspaniya yığmaları arasında keçiriləcək Finalissima oyununun yeri dəyişdirilib.
Sportnet.az COPE nəşrinə istinadən xəbər verir ki, Argentina – İspaniya qarşılaşması Madridin "Santyaqo Bernabeu" stadionunda baş tutacaq.
Oyun əvvəlcədən planlaşdırıldığı kimi Qətərin paytaxtı Dohada təşkil olunmayacaq. Buna səbəb Yaxın Şərqdə davam edən gərginlik və Qətərin hava məkanının bağlanmasıdır. Qarşılaşmanın ilkin olaraq "Lusail" stadionunda martın 27-də keçirilməsi nəzərdə tutulmuşdu.
Qeyd olunur ki, Argentina yığması matçın İspaniyada oynanmasını istəmirdi. Lakin həmin tarixdə bir çox böyük stadionların beynəlxalq oyunlar üçün artıq rezerv edilməsi səbəbindən alternativ variant tapmaq çətin olub.
Martın 11-də təşkilat komitəsinin nümayəndə heyəti Madriddəki “Santyaqo Bernabeu” stadionuna baş çəkərək oyunun keçirilməsi ilə bağlı texniki detalları yoxlayıb.








































































