
UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində iyulun 3-də keçiriləcək "Kayrat" (Qazaxıstan) - "Kukesi" (Albaniya) oyununu FIFA referisi Rəhim Həsənov idarə edəcək. Sportnet.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, Həsənovun köməkçiləri Yaşar Abbasov və Rza Məmmədov olacaq.
Dördüncü hakim funksiyasını Anar Salmanov yerinə yetirəcək.