"Liverpul"un müdafiəçisi Endryu Robertson yayda "Tottenhem"ə keçə bilər.
Sportnet.az xəbər verir ki, şotlandiyalı futbolçunun klubdan ayrılacağı dəqiqdir.
London klubu onu əsas transfer prioritetlərindən hesab edir.
"Spurs" transferdə razılıq əldə etsə, 32 yaşlı cinah oyunçusu komandaya azad agent kimi qoşulacaq.
Qeyd edək ki, "Liverpul" Endryu Robertsonu 2017-ci ildə "Hall Siti"dən 8 milyon avroya transfer etmişdi.

















































































