Gənclər Liqasında oyunlar təxirə salınıb.
Sportnet.az xəbər verir ki, 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təşkil ediləcək təlim-məşq toplanışı ilə əlaqədar AFFA-nın bayrağı altında keçirilən Gənclər Liqasında dəyişiklik edilib.
Belə ki, 18-19 aprel və 25-26 aprel tarixlərində keçirilməsi planlaşdırılan II mərhələnin IV və V turunun oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.
















































































