Barselona”nın yarımmüdafiəçisi Mark Kasado yayda klubundan ayrıla bilər.
Sportnet.az "La Gazetto Dello Sport" nəşrinə istinadən xəbər verir ki, “Napoli” ispaniyalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik 22 yaşlı oyunçunu əsas heyətin üzvü kimi görmür.
Qeyd edək ki, Mark Kasado bu mövsüm “Barselona”nın heyətində 30 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.















































































