İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" "Nyukasl"ın hücumçusu Antoni Qordon ilə maraqlanır.
Sportnet.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, “qırmızılar” yay transfer pəncərəsində əsas diqqətini 25 yaşlı vinger üzərinə yönəldib.
Bu marağın əsas səbəblərindən biri isə hücumçu Uqo Ekitikenin zədələnməsi və Kodi Qakponun uğursuz çıxışı fonunda komandanın hücum xəttini gücləndirmək istəməsidir.
İngiltərə millisinin üzvü bu yay "sağsağanlar"ı tərk etmək istəyir.
Bununla belə, vingerin vaxtilə “Everton” forması geyinməsi potensial transferi çətinləşdirən əsas amillərdən biri hesab olunur.
“Mersisayd derbisi”nin tərəfləri arasında tarixi rəqabət səbəbindən futbolçunun əzəli rəqibə keçidi birmənalı qarşılanmaya bilər.
Qeyd edək ki, Antoni Qordin ilə “Liverpul”la yanaşı, “Arsenal” və “Bavariya” da yaxından maraq göstərir.













































































