İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Yunayted" XXXIII turda oynanılacaq "Çelsi" ilə görüşə 3 itki ilə çıxacaq.
Sportnet.az xəbər verir ki, "qırmızı şeytanlar"ın "Stemford" səfərində Harri Maqquayr, Lisandro Martinez və Leni Yoro olmayacaq.
İngiltərəli müdafiəçi ilə argentinalı yarımmüdafiəçi qırmızı vərəqə cəzalısı olduğu üçün görüşü qaçıracaq. Leni Yoro isə zədəsi səbəbindən iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Çelsi" - "Mançester Yunayted" matçı bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək.












































































