Rumıniya milli komandasının yeni baş məşqçisi bəlli olub.
Sportnet.az-ın yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma komandanı George Haci çalışdıracaq.
61 yaşlı mütəxəssisin qarşısına AVRO-2028 və DÇ-2030-a vəsiqə qazanmaq hədəfi qoyulub.
Qeyd edək ki, Georgi Hacinin son iş yeri ölkəsində "Farul" klubu olub.



















































































