
Azərbaycan və Xorvatiyanın milli komandaları arasında keçiriləcək AVRO-2016-nın seçmə qrup matçının biletləri satışa çıxarılıb. Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən "Bakcell" Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.
Eyni zamanda, onlayn-satışa da start verilib. Biletlərin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 manatadır.
Qeyd edək ki, sentyabrın 3-də "Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 21:00-da başlanacaq.