Türkiyə Super Liqası təmsilçisi "Qalatasaray"ın hücumçusu Mauro İkardinin taleyinə aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, argentinalı forvardın yayda İstanbul klubunu azad agent kimi tərk edəcəyi dəqiqləşib.
Onun vətəninə qayıtması gözlənilir.
33 yaşlı oyunçu ilə "Nyuels Old Boys" və "River Pleyt" yaxından maraqlanır.
Futbolçu yaxın müddətdə öz qərarını verəcək.
Qeyd edək ki, Mauro İkardi cari mövsüm "Qalatasaray" forması ilə meydana çıxdığı 43 matçda 16 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.




















































































