"Sabah"ın polşalı müdafiəçisi Timoteuş Puxaçın "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçından sonra Sportnet.az-a müsahibəsi:
- Kubokun finalındasınız. Görüş haqda təəsüratlarınızı bölüşərdiniz...
- Daha bir ağır matçı geridə qoyduq. Məncə, onlar azlıqda olmadığı periodda da yaxşı oynayırdıq. İkinci hissənin ilk 15-20 dəqiqəsində intensivliyi azaltdıq. Onlar bizdən yaxşı oynamağa başladı və hesabı açdılar. Lakin qoldan sonra yenidən təzyiqi artırdıq. Şanslar yaratdıq və yararlandıq.
- Sonda baş verən davalar haqda nə deyə bilərsən, sən də daxil idin?
- Mən orada idim. Dava istəyirdilər, amma mən dava etsəm, kiməsə pis xəsarət yetirəcəm. Ona görə də istəmirdim ki, problem yaradım.
- Keçən günlərdə Coy Lens Mikelsin maska ilə şəkilini "İnstagram" platformasında paylaşaraq "Barselona"nın hücumçusu Robert Levandovskini etiketləmişdiniz. Maraqlısı da odur ki, o sizi izləyir. Onun bu fotoya hansısa reaksiyası oldu?
- Məncə, görmədi. Düşünürəm ki, onun hesabını başqaları idarə edir. O, yalnız votsapını özü işlədir. Amma dəqiq bilmirəm, bəlkə də görüb.
Mikayıl HACIYEV












































































