"Barselona" heyətində ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Lamin Yamal dünən "Selta" ilə görüşdə zədələnib.
La Liqa klubunun həkim heyəti bunun xırda əzələ problemi olduğuna inansa da, onun arxa budunda yırtıq olma ehtimalı da var.
Bu gün 18 yaşlı futbolçu son müayinədən keçəcək və onun durumu bəlli olacaq.
















































































