İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" daha bir futbolçusu ilə yolları ayırmağa yaxındır.
Sportnet.az-ın məlumatına görə, "qırmızılar"ın qapıçısı Alisson Beker "Yuventus"la şifahi razılıq əldə edib.
Bir neçə gün öncə müqaviləsindəki sözləşmə uzatma bəndini aktivləşdirən Mersisayd təmsilçisi braziliyalı qolkiperini buraxmaq niyyətində olmasa da, 34 yaşlı əlcək sahibinin seçimində israrlı olması bu qərarı dəyişə bilər.
Qeyd edək ki, Alisson "Liverpul"a "Roma"dan 2018-ci ildə 72.5 milyon avroya transfer edilmişdi.















































































