Azərbaycan İtaliya A Seriyasında futbolçu ilə təmsil olunmayan Avropanın 5 ölkəsindən biridir.
Bu, Sportnet.az-ın araşdırması nəticəsində üzə çıxıb.
İtaliya yüksək liqasında hələ də oyunçusu çıxış etməyən "köhnə qitə" ölkələri bunlardır: Azərbaycan, Andorra, Malta, Şimali İrlandiya və Cəbəllütariq.
A Seriyası müxtəlif ölkələrdən futbolçuların çıxış etdiyi ən rəngarəng liqalardan biri hesab olunsa da, bu 5 ölkə hələ də tarixə düşə bilməyib.
Son olaraq, Farer adalarından müdafiəçi Andrias Edmundsson "Hellas Verona" ilə müqavilə bağlayıb. Beləliklə, ada-dövlət də ilk dəfə A Seriyasında futbolçu ilə təmsil olunacaq.












































































