İspaniya La Liqası təmsilçisi "Atletik"də yayda ayrılacaq baş məşqçi Ernesto Valverdenin əvəzləyicisi bəlli olub.
Sportnet.az-ın məlumatlna görə, Bask klubu əslən Xorvatiyadan olan almaniyalı Edin Terziç ilə anlaşıb.
Tərəflər arasında şifahi razılıq əldə olunub və keçidin baş tutması yüksək ehtimal təşkil edir.
Qeyd edək ki, Edin Terziç daha öncə "Borussiya" klubunu da çalışdırıb.














































































