İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti" "Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandezlə maraqlanır.
Sportnet.az-ın məlumatına görə, "şəhərlilər" argentinalı futbolçunu yay transfer hədəflərindən hesab edir.
Bir neçə həftə öncə qalmaqallı açıqlamalar edərək heyətdən kənarlaşan 25 yaşlı oyunçunun "zadəganlar"la münasibəti yaxşı deyil.
Bu fürsətdən yararlanmaq istəyən klublar arasında İspaniya La Liqası klublarından "Real Madrid" də var.
Qeyd edək ki, Entso Fernandez cari mövsüm "Çelsi" forması ilə meydanda olduğu 48 matçda 12 qol və 8 məhsuldar ötürməyə imza atıb.


















































































