“Mançester Yunayted”in mövsümün sonunadək baş məşqçi vəzifəsini icra edən Maykl Karrik gələcəyi ilə bağlı danışıb.
Sportnet.az İngilis KİV-inə istinadən xəbər verir ki, Ruben Amorimin gedişindən sonra komandaya rəhbərlik edən ingilis mütəxəssis hazırkı rolundan razı qaldığını bildirib.
Karrik komandanın nəticələrindən məmnun olduğunu vurğulayıb:
“Burada olmaqdan zövq aldığımı dəfələrlə demişəm. Yaxşı nəticələr qazanmışıq, formamız da yaxşıdır. Hələ görüləcək çox iş var. İnkişaf etməyə davam etmək istəyirik”.
Mütəxəssis klubda çalışmanın böyük məsuliyyət olduğunu da qeyd edib:
“Burada olmaq və bunun gətirdiyi məsuliyyətlə uğur qazanmağa çalışmaq xüsusi hissdir”.
Qeyd edək ki, Karrikin rəhbərliyi altında “Mançester Yunayted” 12 matçda 8 qələbə, 2 heç-heçə və eyni sayda da məğlubiyyətə imza ataraq Premyer Liqada 3-cü pillədə qərarlaşıb.


















































































