UEFA "Benfika"nın vingeri Canluka Prestiannini 6 oyunluq cəzalandırılıb.
Sportnet.az xəbər verir ki, buna "Real Madrid"lə görüşdə Vinisius Cuniorla arasındakı mübahisə səbəb olub.
Lakin iddiaların əksinə o irqçi ifadə işlətdiyinə görə yox, homofobiyaya yönəli davranışlarına görə cəzalanıb.
Qeyd edək ki, Canluka Prestianni 2024-cü ilin qış transfer pəncərəsində "Benfika"ya "Velez Sarsfild" komandasından 9 milyon avroya transfer edilib. 20 yaşlı futbolçu cari mövsüm Portuqaliya klubu ilə 36 matçda meydana çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə də yadda qalıb.


















































































