Almaniya Bundesliqa təmsilçisi “Bavariya”da icarə əsasında çıxış edən “Çelsi”yə məxsus hücumçusu Nikolas Cekson yay transfer dövründə klubunu dəyişə bilər.
Sportnet.az “Talksport”-a istinadən xəbər verir ki, Münhen klubu seneqallı forvardın müqavilə hüququnu “Çelsi”dən almayacaq.
24 yaşlı futbolçu ilə "Nyukasl" ciddi maraqlanır.
"Sağsağanlar" onu əsas hücum prioriteti hesab edir.
Nikolas Cekson cari mövsümdə bütün turnirlərdə 29 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə verib.












































































