UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, İspaniyanın "Rayo Valyekano" komandası Fransa təmsilçisi "Strasburq"u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 54-cü dəqiqədə Alemao vurub.
Arda Turanın baş məşqçi olduğu Ukrayna "Şaxtyor"u isə Polşada İngiltərə Premyer Liqası təmsilçisi "Kristal Pelas"la üz-üzə gəlib. Qarşılaşma Donetsk komandasının məğlubiyyəti ilə yekunlaşıb - 3:1. Artıq 1-ci dəqiqədə İsmaila Sarr hesabı açıb. "Şaxtyor" 47-ci dəqiqədə Oleq Oçeretko ilə cavab versə də, Daiti Kamada 58-ci, Yörgen Strand Larsen isə 84-cü dəqiqədə fərqlənərək, qonaqlara cavab görüşü öncəsi böyük üstünlük qazandırıb.
UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
30 aprel (cümə)
23:00. "Rayo Valyekano" (İspaniya) - "Strasburq" (Fransa) - 1:0
Qol: Alemao, 54
23:00. "Şaxtyor Donetsk" (Ukrayna) - "Kristal Pelas" (İngiltərə) - 1:3
Qollar: Oleq Oçeretko, 47 - İsmaila Sarr, 1. Daiti Kamada, 58. Yörgen Strand Larsen, 84
Qeyd edək ki, cavab görüşləri mayın 7-də keçiriləcək.





















































































