Kanada hökuməti 2026-cı il dünya çempionatının təhlükəsizliyinin təmin olunması üçün əlavə maliyyə ayırıb.
Sportnet.az "The Globe and Mail" nəşrinə istinadən xəbər verir ki, rəsmi Ottava əlavə olaraq 145 milyon Kanada dolları (təxminən 106 milyon ABŞ dolları) vəsait ayırmaq qərarına gəlib.
Bu məbləğ Vankuver və Toronto şəhərlərinin büdcələrinə yönəldiləcək. Hər iki şəhər mundialın ümumilikdə 13 oyununa ev sahibliyi edəcək.
Kanada hökuməti daha əvvəl bu məqsədlə 220 milyon Kanada dolları ayırmışdı. Federal, regional və şəhər büdcələri daxil olmaqla təhlükəsizlik xərclərinin ümumi həcmi 1 milyard Kanada dollarını (təxminən 730 milyon ABŞ dolları) keçəcək.
Xatırladaq ki, DÇ-2026 11 iyun - 19 iyulda Kanada, Meksika və ABŞ-da keçiriləcək. Mundialda ilk dəfə 48 komanda iştirak edəcək.












































































