"Beşiktaş" "Qaziantep"in futbolçusu Drissa Kamaranı transfer etmək istəyir.
Sportnet.ax Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Qara qartallar” 24 yaşlı yarımmüdafiəçini əsas hədəflərdən biri kimi müəyyənləşdirib.
Bu mövsüm 24 oyunda 3 qol və 9 assist edən futbolçu klubunun diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Kamaranın bazar dəyəri 3 milyon avro qiymətləndirilir.












































































