UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, PSJ-nin hücumçusu Usman Dembele bu ada layiq görülüb.
O, "Atletiko"da çıxış edən həmyerlisi Antuan Qrizmanı qabaqlayaraq bu mükafatı qazanıb.
Qeyd edək ki, Dembele "Bavariya"ya qarşı evdə 5:4 hesabı ilə qələbə qazandıqları matçda komandasının 2 qol və bir məhsuldar ötürməsində pay sahibi olub.













































































