FIFA Canluka Prestianni ilə bağlı cəzanın əhatəsini genişləndirib.
Sportnet.az xəbər verir ki, jurnalist Rob Harris sosial şəbəkədə bu barədə məlumat yayıb.
Qərara əsasən, Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Prestianninin diskvalifikasiyası artıq FİFA-nın himayəsi altında keçirilən turnirlərə də şamil olunacaq.
Daha əvvəl futbolçu UEFA tərəfindən "Real Madrid" ilə keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Vinisius Cuniora qarşı homofob təhqirə görə altı oyunluq cəza almışdı.
Qeyd edək ki, altı oyunluq diskvalifikasiyanın bir matçı şərti olub.
Bundan əlavə, cəzanın üç oyunu iki il sınaq müddəti ilə şərti xarakter daşıyır. Bu səbəbdən, Prestianni Argentina millisindən dəvət alacağı halda Dünya Çempionatının iki oyununu buraxa bilər.
















































































