İtaliya millisinin sabiq baş məşqçisi Cennaro Qattuzo yenidən işinə qayıda bilər.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssisin xidmətində “Torino” maraqlıdır və tərəflər artıq danışıqlara başlayıblar.
Klubun Qattuzoya müddəti 2028-ci ilin yayına qədər olan, razılaşmada daha bir il uzadılma şərti olan müqavilə nəzərdə tutulur.
Sözləşmə imzalanarsa, 48 yaşlı mütəxəssisin illik maaşı bonuslarla birlikdə təxminən 1,5 milyon avro olacaq.
Qeyd edək ki, “Torino” hazırda İtaliya A Seriyasında 35 turdan sonra 41 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

















































































