AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun sonuncu – V mərhələsi keçirilib.
Sportnet.az xəbər verir ki, məşğələlərə təlimatçılar Faiq Əzizov, Vitaliy Kovalyov və Üzeyir İbrahimov rəhbərlik ediblər.
Kurs çərçivəsində iştirakçılar üçün nəzəri və praktiki məşğələlər təşkil olunub.



















































































