“Real Madrid”ın futbolçuları Orelyen Çuameni ilə Federiko Valverde arasında dava düşüb.
Sportnet.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Bildirilib ki, futbolçular arasında ilk mübahisə məşq zamanı yaşanıb. Daha sonra isə qarşıdurma yenidən alovlanaraq fiziki davaya çevrilib.
Məlumata görə, ikinci insident zamanı Valverde baş nahiyəsindən xəsarət alıb və ona tikiş qoyulub.
Qeyd olunub ki, “Real Madrid” rəhbərliyi hadisə ilə bağlı intizam araşdırmasına başlayıb. Klub prezidenti Florentino Peresin də məsələyə şəxsən müdaxilə etdiyi vurğulanıb.



















































































