İspaniyalı mütəxəssis Unai Emeri UEFA Avropa Liqasında növbəti tarixi uğuruna imza atıb.
Sportnet.az xəbər verir ki, İngiıtərə “Aston Villa”sının baş məşqçisi karyerasında 6-cı dəfə Avropa Liqasının finalına yüksəlib.
Təcrübəli mütəxəssis əvvəlki 5 finalın 4-də kuboku qazanmağı bacarıb.
Emeri daha əvvəl İspaniya “Sevilya”sı ilə 2014, 2015 və 2016-cı illərdə, “Vilyarreal”la isə 2021-ci ildə turnirin qalibi olub.
Onun yeganə final məğlubiyyəti 2019-cu ildə İngiltərə “Arsenal”ının baş məşqçisi olduğu dönəmə təsadüf edib. Bakı Olimpiya Stadionunda təşkil olunmuş həlledici qarşılaşmada "topçular" "Çelsi"yə uduzublar - 4:1.
Qeyd edək ki, “Aston Villa” yarımfinalda “Nottinqem”i mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb.




















































































