Fransa təmsilçisi “Monako” "Barselona"dan icarəyə götürdüyü Ansu Fatinin transfer hüquqlarını tam almağa yaxındır.
Sportnet.az-ın məlumatına görə, Liqa 1 klubu futbolçunun müqaviləsində yer alan 11 milyon avroluq satınalma bəndini aktivləşdirməyi planlaşdırır.
“Barselona” rəhbərliyi də “Monako”nun niyyətindən xəbərdardır.
Tərəflər arasında danışıqların artıq xeyli irəlilədiyi bildirilir.
Qeyd edək ki, 23 yaşı olan Ansu Fati "Barselona"nım yetirməsidir.


















































































