Tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanan Kurasao millisində baş məşqçi dəyişikliyi baş verib.
Sportnet.az xəbər verir ki, Karib hövzəsi təmsilçisinin sükanı yenidən Dik Advokata tapşırılıb.
Kurasao Futbol Federasiyasının yaydığı açıqlamada Fred Ruttenin istefa qərarından sonra idarə heyətinin təcrübəli mütəxəssisi yenidən milli komandaya gətirdiyi bildirilib.
78 yaşlı hollandiyalı bu ilin fevralında qızının səhhətində yaranan problemlərə görə vəzifəsindən ayrılmışdı. Kurasao millisi məhz onun rəhbərliyi altında tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, Təxminən 150 min əhalisi olan Kurasao mundiala qatılacaq ən kiçik ölkə kimi adını tarixə yazdırıb. Karib dənizində yerləşən ada dövləti bununla da 2018-ci il dünya çempionatında iştirak edən İslandiyanın təxminən 350 minlik rekordunu geridə qoyub.


















































































