
Ağdamın "Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Maltanın "Valletta" klubu ilə ilk görüşünün vaxtı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Maltada baş tutacaq oyun Bakı vaxtı ilə saat 21:30-da (yerli vaxtla saat 18.30) start götürəcək.
Qeyd edək ki, bu oyun iyulun 15-də baş tutacaq. Bu komandalar arasında təkrar qarşılaşma bir həftə sonra Bakıda - iyulun 22-də keçiriləcək.