
Əvəzedici heyətlərin ölkə birinciliyində mövsümün sonuncu turunun oyunları keçilib. Sportnet.az-ın məlumatına görə, XXXVI turda "Simurq” "Neftçi”ni 2:0, AZAL "İnter”i 1:0, "Qəbələ” "Sumqayıt”ı 7:0, "Xəzər Lənkəran” "Qarabağ”ı 3:1 hesabı ilə yenib. Yalnız "Rəvan" evdə "Bakı"ya uduzub - 1:2.
Bu nəticələrdən sonra 2013/2014-cü il mövsümü əvəzedici heyətlərin ölkə birinciliyinın gümüş və bürünc mükafatçıları da müəyyənləşib. "Qəbələ” 61 xalla 2-ci, "Simurq” 59 xalla 3-cü yeri tutub. Çempion adını isə 73 xala malik "İnter" əldə edib.