Azərbaycan Premyer Liqasının IV turunda bir oyunun keçirilmə vaxtı dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, "Qəbələ"nin Bakı "İnter" ilə keçirilməli olduğu matç sentyabrın 13-ü deyil, bir gün əvvəl baş tutacaq.
Avropa Liqasında çıxış edən "Qəbələ" PFL-ə müraciət edərək oyun vaxtının dəyişdirilməsini istəyib. Avropa Liqası yarışında iştirak edən klublar cari mövsümdə təqvim oyunlarının vaxtlarını tur çərçivəsində dəyişdirmək hüququna malikdir.
Qeyd edək ki, Azərbaycanı Avropa Liqasında təmsil edən "Qəbələ" və "Qarabağ" sentyabrın 17-də qrup mərhələsində ilk oyunlarını keçirəcəklər. "Qarabağ" səfərdə İngiltərənin "Tottenhem", "Qəbələ" isə Bakıda Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq.