Avropa Liqasının qrup mərhələsində Bakıda "Qəbələ" və Yunanıstan PAOK-u arasında keçiriləcək matçın biletləri sentyabrın 14-dən satışa çıxarılacaq. Klubun meneceri Səbuhi Səfiyarlının Sportnet.az-a verdiyi məlumata görə, satışda 8500 bilet olacaq.
O, 11 min nəfərlik arenadakı oyun üçün qalan 2500 yerin jurnalistlər, xüsusi dəvətlilər və qonaqlara veriləcəyini söyləyib. Səfiyarlı bildirib ki, VİP biletlərin qiyməti 10 manat təşkil edəcək. Digər sektorlara biletlər isə 2 manat və 5 manat olacaq.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - PAOK matçı saat 22:00-da start götürəcək.