Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək "Kəpəz" - AZAL matçının AFFA nümayəndəsi dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, sabah baş tutacaq görüşün hakim-inspektoru Maşallah Əhmədov olacaq.
İlk olaraq bu təyinat Şaiq Həmidova verilib. Lakin Ş.Həmidovun öz xahişi ilə əvəzetmə həyata keçirilib.