Türkiyənin "Qalatasaray" klubunun almaniyalı futbolçusu Lukas Podolski həmyerlisi reper Sido ilə birgə mahnı ifa edəcək. Sportnet.az-ın Almaniyanın "Die Welt" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə reper açıqlama verib.
Əsl adı Paul Vyurdiq olan reper bildirib ki, artıq yeni mahnı üzərində iş gedir: "Podolski mənim yaxın dostumdur. Bir-birimizlə mütəmadi olaraq danışırıq. Onun işləri çox olduğundan hələ ki, görüşə bilmirik. Amma telefonla danışırıq və bildirdi ki, mənim üçün mahnı sözləri yazır. Qısa müddətdə studiyaya gedərək mahnını ifa edəcəyik. Bir də gördünüz ki, Almaniya millisi üçün yeni bir hit mahnı oldu".