1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin qrupunda yeni rekord
"Borussiya" (Dortmund) Avropa Liqasının qrup mərhələsinin tamaşaçı rekordunu yeniləyib. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" ilə eyni qrupda yer alan "Borussiya"nın ilk turda Rusiya "Krasnodar"ı ilə ev oyununu 55200 nəfər izləyib.
Əvvəlki rekord "Şalke 04"ə məxsus olub - 53123 tamaşaçı. Ümumilikdə Avropa Liqasında ən çox azarkeş Ukraynanın "Dinamo" (Kiyev) və İngiltərənin "Everton" klubları arasında ötən il martın 19-da keçirilmiş 1/16 final matçına gəlib - 67553 nəfər. Avroliqanın təsnifat mərhələsinin ən baxımlı oyunu isə avqustun 6-da elə "Borussiya" ilə Almaniya "Volfsberq"i arasında baş tutub. III təsnifat mərhələsinin cavab görüşü Dortmund komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Matçı 65190 tamaşaçı izləyib.
Qeyd edək ki, "Borussiya" - "Krasnodar" matçında meydan sahibləri qalib gəlib - 1:0. "Qəbələ"nin PAOK-la qarşılaşmasında isə hesab açılmayıb - 0:0.